SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün bizə yüzlərlə vətəndaş müraciət edir ki, mən mal gətirməmişəm, amma mənim adıma mal var və mənim limitim dolub.

BAKU.WS xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, elektron idarəetmə sistemlərinin (smart custom) işə düşməsi yüzlərlə vətəndaşın adına başqalarının mal gətirmə şansını ortadan qaldırır.

“Yəni işbazlar aradan çıxarılacaq. Hal-hazırda bu xidmət yüksək səviyyədə qurulur, inkişaf dairəsi genişləndirilir. Bizim layihələrimizin əsas istiqaməti vətəndaşın sifariş verdiyi məhsulu öz ünvanına gətirməsidir. Biz araşdırma aparırıq ki, vətəndaşlar harada problemlə üzləşirlər? Bunun da obyektiv və subyektiv səbəblərini araşdıranda məlum olurdu ki, bunu 30%-i bizdədirsə, 70%-i daşıyıcı şirkətlərin üzərindədir.

Amma indiki "smart custom" tətbiqi ilə vətəndaş sifariş verdiyi məhsulu gömrük orqanlarına bəyan edərkən ona avtotəsdiq gedir ki, heç bir qurumun onunla işi yoxdur. Heç bir şəkildə vətəndaşı daşıyıcı şirkət aldada bilməz ki, mal gömrükdədir, gömrük malı buraxmır. Siz malı sifariş vermisiniz, bəyan etmisiniz, mal artıq sizin qapıya gəlməlidir”, - deyə DGK sədri əlavə edib.

BAKU.WS