SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il Azərbaycan Bakı-Novorossiysk (Şimal istiqamət) boru kəməri vasitəsi ilə 0,6 mln. ton neft ixrac edib.

BAKU.WS Energetika Nazirliiyinə istinadən xəbər verir ki, ötən il sözügedən istiqamət üzrə neftin ixracı 2019-cu ilin göstəricisi ilə müqayisədə 29% azalıb.

Xatırladaq ki, Şimal istiqamətində çəkilən Bakı Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.

Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. 

Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

BAKU.WS