Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb

Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
İqtisadiyyat 35

2020-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,435 milyard, Azərbaycandan 1,64 milyard, İrandan 790 milyon kubmetr təşkil edib.

Noyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 123 faiz artıb, İrandan 8 faiz azalıb.

2020-ci ilin noyabrında Türkiyə 4,29 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 862,44 milyon kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.

Son xəbərlər