SİZİN REKLAM BURADA!
055 213 76 73


Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə ölkəmizə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.

İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Qeyd edək ki, hazırda pandemiya səbəbindən Azərbaycanda avtomobil bazarnda durğunluq müşahidə olunur. Lakin buna baxmayaraq, avtomobillərin qiymətində ciddi dəyişikliklər baş verməyib. Pandemiya ilə bağlı vəziyyət yumşaldıqdan sonra avtomobil bazarında da aktivliyin artacağı gözlənilir.

BAKU.WS