SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:

  • Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadır - yəni 32%-lik artım var.
  • Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi.
  • Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb.
  • Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

İqtisadçı ekspert Rəşad Həsənov BAKU.WS-ə bildirib ki, kənd təsərrüfatı sahəsində kifayət qədər subsidiya mexanizmi və alətləri var: "Fikrimcə, kənd təsərrüfatına 70-75 milyon manat civarında zərər dəyə bilər. Bu qənaətə 2019-cu ilin rəqəmləri əsasında gəlmişəm. Rəqəmlərdə cüzi fərq ola bilər.

İstənilən halda kənd təsərrüfatında mexanizm var. Ən müxtəlif formada, həm məhsula, həm əkin sahəsinə, həm də yanacaq xərclərinin kompensasiyasına görə, subsidiyalaşdırma mexanizmləri var. Həmin mexanizmlərdə müəyyən məbləğləri dəyişmək olar. Tutaq ki, yanacaq xərclərinin qarşılanması məqsədilə hər hektara görə 50 manat əvəzinə 70 manat vermək olar. Bu sektorda əsasən dizel yanacağı istifadə olunur.

Dizel yanacağının qiymətinin artımı təxminən 30 faiz ətrafındadır. Həmin təklifi tətbiq etməklə problemi aradan qaldırmaq olar.

Məsələ kütləvi sərnişindaşımadadır ki, burada necə tətbiq olunacaq. Kütləvi sərnişindaşımada əgər bu hansısa formada daşınan sərnişin sayına tətbiq edilərsə, burada dövriyyənin leqallaşdırma alətindən istifadə oluna bilər. Şirkətlər öz daşıdığı sərnişinlərin sayını göstərərsə, buna uyğun subsidiya ala bilər. Subsidiya mexanizmi həm effektivliyi artıra, həm də şəffaflaşmaya gətirib çıxara bilər. Son nəticədə iqtisadiyyatın hansısa formada leqallaşdırılmasına müsbət təsir ola bilər.

Belə olan təqdirdə hansısa şirkətlər daşınan sərnişinə görə, reyslərin sayını azalda bilər. Bu isə xidmətin keyfiyyətini azalda bilər. Bu sahədə fəaliyyət göstərən dövlət qurumları subsidiyalaşdırma və kompensasiyanı elə formalaşdırmalıdır ki, məqsədlərə çatıla bilinsin".

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

  • Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib
  • 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub
  • 100 min ailəyə ərzaq payı verilib
  • Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat)
  • Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb
  • Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib
  • Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat)
  • 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib
  • Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).

2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

BAKU.WS