İşğaldan azad edilmiş ərazilərdə balıqçılıq inkişaf etdiriləcək

Yaxın perspektivdə Azərbaycanda balıqçılıq təsərrüfatının inkişafı üçün Sərsəng və Suqovuşan su anbarlarının potensiallarından istifadə oluna bilər.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Balıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Zaur Salmanlı deyib.
Onun sözlərinə görə, yaxın illərdə balıqçılığın inkişafı məqsədilə Araz çayında su anbarları kaskadının istifadəsi də mümkündür:
“Hazırda “Azerbaijan Fish Farm” şirkəti tərəfindən balıqçılıq sahəsinin inkişafına yönəlmiş bir neçə layihə reallaşdırır”.
Z.Salmanlı əlavə edib ki, forel balığının yetişdirilməsinin inkişafı üçün Kəlbəcər rayonunun əlverişli hidroloji və hidrokimyəvi xüsusiyyətlərə malik göllərindən istifadə məqsədəuyğundur:
“Bundan başqa, vaxtilə Kür qızılbalığının əsas kürütökmə çayının Həkəri çayı olduğunu xüsusi qeyd etmək lazımdır”.
Oxşar xəbərlər
İşğaldan azad edilən ərazilərin enerji potensialı - SİYAHI
İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Dağlıq Qarabağın inkişafına...
