VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın “BitCan Geosciences & Engineering Inc” şirkəti SOCAR və BOTAŞ-a “Duz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi layihəsində dəstək olmaq üçün Türkiyədədir.

Bunu “BitCan Geosciences & Engineering Inc” şirkətinin biznes inkişafı üzrə meneceri Bred Körl deyib.

O bildirib ki, layihənin icrası üzrə ərazidə geniş hədəf hesab edilən təxminən 10 zonada şirkətdən olan qrup antihidrit duzlarının əhatə etdiyi bölgədəki işləri müşayiət edir. Eləcə də, prosesdə şirkətə məxsus avadanlıq və komanda heyəti də iştirak edir.

Xatırladaq ki, İstanbulda SOCAR AQŞ və “China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc.” şirkəti arasında “Duz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi 2019-cu il oktyabr ayının 17-də imzalanıb.

İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin dəyəri, təxminən, 100 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, SOCAR AQS MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.

BAKU.WS
QALEREYA