Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, müqavilə "AzerGold" QSC-nin xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.
"İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib", - deyə T. Mirkişili qeyd edib.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...