Zelenski Vatikanda Trampla görüşünü şərh etdi: "Qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq"

Zelenski Vatikanda Trampla görüşünü şərh etdi: Qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq
Foto
Dünya 124

Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi ərəfəsində ABŞ Prezidenti Donald Trampla Vatikanda 15 dəqiqəlik görüşünü şərh edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında paylaşım edib.

O, ümumi nəticələr əldə ediləcəyi təqdirdə, görüşü "yaxşı və simvolik, tarixi hadisəyə çevrilmək potensialı olan" görüş adlandırıb.

"Yaxşı görüş idi. Təkbətək çox şeyi müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticə əldə edilməsini gözləyirik. İnsanlarımızın həyatını qorumalıyıq. Tam və qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq. Etibarlı və davamlı sülh müharibənin təkrarlanmasından qoruyacaq. Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkürlər, Prezident Donald Tramp!", - deyə Zelenski paylaşımda bildirib.

Qeyd edək ki, Papanın dəfn mərasimindən sonra Zelenskinin Trampla yenidən görüşməsi nəzərdə tutulsa da, Ukrayna lideri Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tramp isə ABŞ-yə qayıdıb.

*** 13:31

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Daha əvvəl xarici KİV Donald Trampın Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlamazdan əvvəl Vladimir Zelenski ilə qısa görüş keçirdiyi barədə məlumat yaymışdı.

*** 12:48

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.

"Sky News" məlumat verib ki, Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, iki ölkə lideri uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəliblər.

Həmçinin bildirilir ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.

Son xəbərlər