Zelenski Trampın komandasından narahatlığını açıqladı
Rusiya Trampın komandasındakı bəzi insanlara təsir göstərə bilib.
BAKU.WS baku.tv-yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski "Taym" jurnalına müsahibəsində deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin Kurskda minlərlə ukraynalı əsgərin mühasirəyə alınması ilə bağlı iddiasını bir daha təkzib edib və bunu yalan adlandırıb. Bununla belə, o, Rusiyanın bu cür dezinformasiya ilə ABŞ rəsmilərinə təsir göstərdiyini vurğulayıb.
Zelenski Ukrayna ordusunun Kursk vilayətindən çıxarılmasının ABŞ-nin hərbi yardımını dayandırması ilə bağlı olmadığını da qeyd edib:
"Məni səhv başa düşməyin. Döyüş vəziyyəti həmişə tərəfdaşlarınızın sizi dəstəkləyib-dəstəkləməməsindən asılıdır. Amma mən deməzdim ki, yardımın dondurulması Kursk vilayətindəki əməliyyata təsir edib".
Qeyd edək ki, ABŞ 4 martdan 11 marta qədər Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini tam dayandırmışdı.
Oxşar xəbərlər
Abbas Əraqçi: BMT ABŞ və İsraili İrana qarşı müharibəyə görə məsuliyyətə cəlb etməlidir
BMT ABŞ və İsraili İrana qarşı müharibəyə görə məsuliyyətə cəlb etməlidir. BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abb...