"Yalı Çapkını"nın məşhur aktrisası qəzaya düşdü
Türkiyə televiziyasının sevilən adlarından olan, "Asmalı Konak" və "Yalı Çapkını" seriallarında unudulmaz çıxışları ilə tanınan 78 yaşlı aktrisa Şerif Sezer Muğlanın Milas rayonunda yol qəzası keçirib.
BAKU.WS xəbər verir ki, "Haber Global"ın məlumatına görə, aktrisa Bodrum istiqamətində səyahət edərkən Muğlanın Milas rayonunda 26 yaşlı sürücü Ş.A-nın idarə etdiyi avtomobillə toqquşub.
Bildirilib ki, qarşı tərəfdən gələn gənc sürücü sükanın idarəetməsini itirib və avtomobilini Şərif Sezərin maşınına çırpıb.
Qəzadan sonra, hadisə yerinə təcili tibbi yardım qrupları və yol polisləri sövq edilib.
Hadisə zamanı 26 yaşlı sürücü yaralanıb lakin, 78 yaşlı aktrisa isə heç bir xəsarət almayıb. O, dostunun maşını ilə yoluna davam etib.
Qalereya
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...