"Uzak Şehir"in aktyoru: "Ləhcəm indi mənə pul qazandırır"
"Uzak Şehir" serialının aktyoru Ferit Kaya açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o əvvəllər ləhcəsinə görə seriallara çəkilə bilmədiyini deyib. Lakin indi ləhcəsi ilə danışdığı serialda daha çox pul qazanır.
"Aktyorluq karyeramın ilk illərində narahat olduğum və düzəltməyə çalışdığım ləhcə indi mənə pul qazandırır. Mən xarakteri olan rollar oynayıram və bu, işimə inanılmaz dərəcədə kömək edir"- deyə Ferit bildirib.
Xatırladaq ki, "Uzak Şehir" serialının çəkilişləri Mardində reallaşdırılır.
Layihənin əsas rollarında aktyorlar Ozan Akbaba, Sinem Ünsal, Qonca Cilasun çəkiliblər. Serialın rejissoru Ahmet Katıksız, senari müəllifi isə Gülizar Irmakdır.
Sujet xəttində gənc qadın azyaşlı oğlu ilə mərhum ərinin yaşadığı şəhərə gəlir. Lakin həyat yoldaşının ailəsi ona əvvəl yaşadığı ölkəyə getməyə qoymur. Bundan sonra o həmin ailəyə qarşı mübarizə aparırır.
Oxşar xəbərlər
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müəyyən səbəblərə görə heç bir şəxs və ya qurumla əlaqə saxlamadığı iddia olunub. BAKU.WS xəbər verir ki, bu bar...