USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmisi əməkdaşlara gizli və şəxsi qeydləri doğramağı və ya yandırmağı əmr edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "New York Times" qurumun icraçı katibi vəzifəsini icra edən Erika Karrın elektron məktubunda qeyd edilib.
Bildirilib ki, sənədlər kütləvi işdən çıxarılmalar, əməkdaşların qəfil yerdəyişmələri, agentliyin sürətlə buraxılması, həmçinin xarici yardımla bağlı, demək olar ki, bütün vəsaitlərin dondurulmasına görə Tramp Administrasiyası və yardım agentliyinə qarşı qaldırılan çox sayda məhkəmə işinə aid ola bilər.
"Əvvəlcə bacardığınız qədər çox sənədi doğrayın. Yandırılacaq paketləri isə yalnız kağızdoğrayanın (şreder) əlçatan olmayacağı, yaxud onun fasiləyə ehtiyacı olacağı hala saxlayın", - deyə məktubda vurğulanıb.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...