Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb
Ukrayna NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə dəvət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Pezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
"Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu, vacibdir", - o əlavə edib.
Dövlət başçısı Ukraynanın alyansın sammitində konkret olaraq necə təmsil olunacağını açıqlamayıb. Lakin bildirib ki, xarici işlər naziri Andrey Sibiqa həmkarları ilə görüşlər keçirəcək.
Bundan əvvəl məlum olub ki, ABŞ Prezidenti Donald Trampa görə NATO Haaqa sammiti üçün mini-bəyannamə hazırlayır.
KİV onu da yazıb ki, ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır. Lakin ABŞ dövlət katibi Marko Rubio bu məlumatı təkzib edib.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...