Türkiyənin kurort zonasında 6 bal gücündə zəlzələ olub
Ötən gecə Türkiyədə, Aralıq dənizi sahillərində 6 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saat 02:51-də, Muğlanın Mediran bölgəsinin Datça mahalı sahillərində qeydə alınıb. Yeraltı təkanlar Muğlanın Datça rayonundan 155 kilometr aralıda, 20.41 kilometr dərinlikdə olub.
Muğla valisi İdris Akbıyık sosial media hesabından verdiyi açıqlamada heç bir neqativ halın baş vermədiyini bildirib. Akbıyık açıqlamasında, "Zəlzələ ilə bağlı taramalarımız davam edir. İndiyə qədər heç bir mənfi vəziyyət bildirilməyib" deyib.
Oxşar xəbərlər
Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı
Misirdə məhkəmə keçmiş televiziya aparıcısı Sara Xəlifə və daha 11 nəfərlə bağlı narkotik cinayəti üzrə hökm çıxarıb. BAKU.WS xəbər verir ki, məhkəmənin qərarın...