Türkiyənin istefada olan briqada generalı "F-35"in bilinməyən özəlliyini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampla aparacağı danışıqların mövzularından biri də "F-35" qırıcıları olacaq.
BAKU.WS xəbər verir ki, "Haber Global" telekanalının mövzuya dair süjetində "F-35" layihəsindən çıxarılmış Türkiyənin sözügedən qırıcıları yenidən əldə etmək imkanı müzakirə edilib.
İstefada olan briqada generalı Esat Arslan xatırladıb ki, Türkiyə 2019-cu ilədək "F-35" layihəsinin tərəfdaşı olub.
O, "F-35" qırıcılarının özəlliklərindən danışaraq bildirib ki, bu təyyarələr silahlarını açıq şəkildə deyil, qapalı şəkildə, içəridə daşıyırlar.
Arslan həmçinin vurğulayıb ki, "F-35"lər müəyyən mərkəzdən idarə edilirlər:
"Yəni pilot qırıcıya oturan zaman Vaşinqtondan kod gəlmədiyi müddət ərzində onu idarə edə bilməz".
Ekspert "F-35" qırıcılarının ən böyük özəlliyinin isə radarlarda görünməməsinin olduğunu söyləyib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...