Türkiyədə meşə yanğını: 2 minə yaxın sakin evakuasiya edilib
Türkiyənin Bursa vilayətində dağlıq ərazidə baş verən meşə yanğını nəticəsində Qarahıdır, İğdır və Avdancık kəndlərindən təxminən 1,765 nəfər təxliyə olunub. Yanğın əsasən Gürsu və Kestel rayonlarında yayılıb və güclü külək səbəbilə sürətlə genişlənib.
BAKU.WS xəbər verir ki, ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Gürsudakı yanğın lokallaşdırılsa da, tam nəzarətə götürülməyib. Söndürmə işlərinə 1,800-ə yaxın yanğınsöndürən və 500-dən çox texnika cəlb olunub.
Hazırda Bursa-Ankara yolunda hərəkət bərpa olunub, xəsarət alan qeydə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl Mersin və Karabükdə də yüksək temperatur səbəbilə yüzlərlə insan evakuasiya edilmişdi.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...