Türkiyədə 5.8 bal gücündə zəlzələ: 1 nəfər ölüb, 69 nəfər yaralanıb
Türkiyənin cənub-qərb sahillərində baş verən güclü zəlzələ insan itkisi və yaralanmalarla nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yaydığı açıqlamada bildirib.
Təbii fəlakət zamanı bir nəfər ölüb, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nazirin sözlərinə görə, həyatını itirən şəxs – 14 yaşlı uşaq – zəlzələ zamanı keçirdiyi panik atak nəticəsində vəfat edib. Yaralananlardan 46 nəfər xəstəxanalara yerləşdirilib. Onların əksəriyyəti təşviş içində qaçarkən və ya yüksək yerlərdən tullanarkən xəsarət alıblar.
Ali Yerlikaya bölgədə hər hansı ciddi dağıntının qeydə alınmadığını da xüsusi olaraq vurğulayıb. Hazırda ərazidə xilasetmə və təhlükəsizlik tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Finlandiya Rusiya ilə sərhəddə təlimlər keçirəcək
Yanvarın 12-dən etibarən Finlandiyanın "Utti" (xüsusi təyinatlı) alayına məxsus helikopterlər ölkənin cənubunda, Rusiya sərhədinə yaxın ərazilərdə hərbi təlimlə...