Trampın yeni xarici ticarət qərarı Apple-a 250 milyard dollarlıq zərər vurdu

Trampın yeni xarici ticarət qərarı Apple-a 250 milyard dollarlıq zərər vurdu
Dünya 1313

ABŞ Prezidenti Donald Trampın açıqladığı yeni gömrük tarifləri paketi Apple-ın hissələrinin 8,5% dəyər itirməsinə səbəb olub. Şirkətin bazar dəyəri bir neçə saat ərzində 3,37 trilyon dollardan 3,12 trilyon dollara düşüb, nəticədə 250 milyard dollardan çox itki qeydə alınıb.

BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, yeni tariflər Çin, Hindistan, Vyetnam və Tayvanda yerləşən istehsal mərkəzlərini əhatə edir. Apple məhsullarının ABŞ-yə idxalında 54%-ə qədər gömrük rüsumu tətbiq olunacağı gözlənilir.

Vyetnamda istehsal olunan AirPods və digər məhsullara 46%,

Hindistanda istehsal edilən cihazlara isə 26% əlavə vergi tətbiq olunacaq.

Tayvandan gətirilən çiplər hələlik bu tariflərdən azaddır, bu da Apple-ın əsas tərəfdaşı olan TSMC ilə əməkdaşlığını qoruyur.

Lakin Avropa Birliyindən idxal olunan çiplərə 20% vergi tətbiqi, Apple-ın digər çip təchizatçısı olan ASML ilə əməkdaşlığını çətinləşdirə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tramp İran hökumətinə təşəkkür etdi

Tramp İran hökumətinə təşəkkür etdi

Hökumət əleyhinə etirazlara görə ölüm hökmünə məhkum edilmiş səkkiz iranlı məhbus qadın İran hakimiyyəti tərəfindən əfv edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər...

214 Dünya 23:12 22 aprel 2026

Son xəbərlər