Trampın araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb
28
yan
2025
11:35
ABŞ-də Trump araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama verib.
ABŞ Ədliyyə Nazirliyi yeni prezident Donald Trampa qarşı aparılan cinayət istintaqlarında iştirak edən bir neçə işçinin işdən azad edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, keçmiş xüsusi səlahiyyətli prokuror Cek Smitin komandasına daxil olan bir çox prokuror işdən çıxarılıb.
Nazirlik rəsmisi işdən çıxarma qərarının baş prokuror müavini Ceyms MakHenri tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Oxşar xəbərlər
Əsədin Moskvadakı dəbdəbəli həyatı - 62-ci mərtəbədə...
"The New York Times" qəzeti Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyaya qaçdıqdan sonra Moskvada lüks şəraitdə yaşamasından yazıb. BAKU.WS xəbər verir...