Tramp Üçüncü Dünya müharibəsindən danışdı
ABŞ üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almaq istəyir. Bu barədə ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) çıxışı zamanı bildirib.
BAKU.WS xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Tramp bu fikirləri Ukrayna münaqişəsinin gedişi ilə bağlı müzakirə edərkən səsləndirib. Onun sözlərinə görə, hadisələr fərqli istiqamətdə inkişaf edə bilərdi, əgər o, 2024-cü il seçkilərində qalib gəlməsəydi.
"Biz üçüncü dünya müharibəsini istəmirik. Biz onun qarşısını almaq istəyirik. Mən hesab edirəm ki, əgər seçilməsəydim, bu vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilərdi. Bu, çox pis vəziyyət idi", – deyə ABŞ prezidenti bildirib.
Donald Tramp həmçinin qeyd edib ki, ABŞ-də 2020-ci il prezident seçkilərinin nəticələri fərqli olsaydı, Ukraynada münaqişə baş verməzdi. Həmin seçkilərdə Tramp 46-cı ABŞ prezidenti Co Baydenə məğlub olmuşdu.
Oxşar xəbərlər
ABŞ Karib dənizində daha bir neft tankerinə əl qoydu
ABŞ ordusu Karib dənizi hövzəsində neft daşıyan daha bir gəmiyə əl qoyub. BAKU.WS xəbər verir ki, ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) sosial media hesabınd...