Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsində olduğu ilk doqquz gün ərzində rekord sayda - 38 fərman imzalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd olunur ki, tarix boyu heç bir Amerika lideri belə etməyib.
Portalın qiymətləndirmələrinə görə, Tramp prezident səlahiyyətlərini genişləndirmək məqsədilə ABŞ administrasiyasının işini yenidən qurur.
Keçmiş ABŞ prezidentlərindən yalnız Cozef Bayden və Harri Trumen Ağ Evdə işlədikləri ilk 100 gün ərzində 40-dan çox fərman imzalayıblar.
Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra sələfi Baydenin imzaladığı 78 fərman və memorandumu ləğv edib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...