Tramp: "Maduro və həyat yoldaşı ələ keçirilib"
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.
Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.
"Bu gün səhər saat 11-də mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib.
Oxşar xəbərlər
Venesuela neft ixracını tamamilə dayandırdı
Venesuela prezidenti və onun həyat yoldaşının ABŞ-yə aparılmasından sonra ölkədən xam neft daşınması faktiki olaraq dayanıb. BAKU.WS xəbər verir ki, son günlər...