Tramp: İspaniya məhv olacaq
İspaniyada qeyri-qanuni miqrasiya ilə bağlı keçirilən kütləvi etirazlar ABŞ Prezidenti Donald Trampın da diqqətini çəkib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Tramp İspaniyada baş verənləri izləməyin üzücü olduğunu deyib və ölkənin gələcəyi ilə bağlı sərt açıqlama verib.
"İspaniya məhv olacaq. Mənim də İspaniya ilə problemlərim olub. Amma orada baş verənləri izləmək çox üzücüdür", – deyə Tramp bildirib.
Etirazlar İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seuta şəhərinə iyulun 30-31-də Mərakeşdən təxminən 70 min qeyri-qanuni miqrantın daxil olmasından sonra keçirilir.
Ölkənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Madriddə minlərlə insan küçələrə çıxıb. Aksiyalara müxalifətdə olan sağçı Xalq Partiyası (PP) və ifrat sağçı "Vox" partiyası da dəstək verib.
Etirazçılar əllərində İspaniya bayraqları ilə hökumətin miqrasiya siyasətinə etiraz edib və "Hökumət istefa versin" şüarları səsləndiriblər.
İyulun sonunda Mərakeşin Fənidək şəhərinin sahillərindən Seutaya kütləvi miqrant axını baş verib. Hadisə zamanı İspaniya hökuməti bölgədə təhlükəsizliyin təmin edilməsi üçün silahlı qüvvələri əraziyə yerləşdirmək qərarına gəlib.
İspaniya rəsmiləri Mərakeşdən ölkəyə keçməyə çalışarkən 88 qeyri-qanuni miqrantın öldüyünü açıqlayıb.
Oxşar xəbərlər
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
Fransada 2027-ci il prezident seçkiləri ərəfəsində baş örtüyü ilə bağlı siyasi müzakirələr sosial mediada etiraz dalğasına səbəb olub. BAKU.WS xarici mediaya is...