Tramp fərman imzaladı: Kanada, Çin və Meksikaya rüsum tətbiq edildi

Tramp fərman imzaladı: Kanada, Çin və Meksikaya rüsum tətbiq edildi
Dünya 268

ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, fərmana əsasən, Kanada və Meksikadan gətirilən məhsullara 25%, Çindən idxal olunan mallara isə 10% rüsum tətbiq ediləcək.

Qərar sənədin imzalandığı gündən qüvvəyə minir. Bununla yanaşı, benzin və soba yanacağının qiymət artımının qarşısını almaq məqsədilə Kanadadan enerji idxalı üçün tariflər 10% azaldılıb.

Donald Tramp bu addımı qeyri-qanuni mühacirət və narkotik təhlükəsinə qarşı mübarizənin bir hissəsi kimi əsaslandırıb.

O, bu rüsumların tətbiq edilməsinin ABŞ vətəndaşlarını qorumaq məqsədi daşıdığını vurğulayıb:

"Bu qərar, qeyri-qanuni mühacirətin yaratdığı təhlükə və fentanil kimi ölümcül narkotiklərin yayılmasının qarşısını almaq üçün atılmışdır. Mənim əsas vəzifəm amerikalıların təhlükəsizliyini təmin etməkdir".

Oxşar xəbərlər

Kolumbiya Prezidenti sui-qəsdə məruz qalıb

Kolumbiya Prezidenti sui-qəsdə məruz qalıb

Kolumbiya Prezidenti Qustavo Petro səfər zamanı istifadə etdiyi helikopterin təhlükəsizlik riski səbəbindən marşrutunu dəyişdiyini bəyan edib. BAKU.WS xəbər ver...

54 Dünya 08:49 11 fevral 2026

Son xəbərlər