Tramp bu gün Qətərə gedəcək

Tramp bu gün Qətərə gedəcək
Dünya 80

ABŞ Prezidenti Donald Tramp 16 iyulda Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşəcək. Görüşdə Qəzza zolağında atəşkəsin əldə olunması və İran ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

Bu barədə "Axios" portalı məlumat yayıb. 

Qeyd olunur ki, Tramp Vaşinqton ilə Tehran arasında yeni nüvə razılaşması üzrə danışıqların bərpa edilməsinə çalışır, həmçinin HƏMAS tərəfindən qaçırılan və Qəzza zolağında saxlanılan israilli girovların azad olunmasına nail olmaq istəyir.

9 iyulda HƏMAS bəyan edib ki, Qəzza bölgəsində atəşkəslə bağlı danışıqlar çərçivəsində on girovun azad edilməsinə razılıq verib. Həmin gün İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı bildirib ki, HƏMAS-la Qəzzada atəşkəs və bütün girovların azad olunması barədə razılaşma əldə etmək üçün yaxşı şanslar var.

Qətərin paytaxtı Dohada 6 iyulda İsrail ilə HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqlar yenidən başlayıb. Tərəflər 60 günlük atəşkəs üzərində işləyir. Bu müddət ərzində israilli girovların azad olunması nəzərdə tutulur.

Tramp daha əvvəl bildirmişdi ki, ABŞ Qəzza ilə bağlı razılaşmaya çox yaxındır.

Son xəbərlər