Tramp BBC-dən 10 milyard dollar təzminat tələb edib
ABŞ Prezidenti Donald Tramp britaniyalı BBC teleradio şirkətinə qarşı sənədli filmə görə məhkəmədə 10 milyard dollar mənəvi təzminat tələbi irəli sürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın hüquq komandası iddiada 10 milyard dollardan çox kompensasiya tələb olunduğunu bildirsə də, məhkəməyə təqdim edilən sənədlərdə bu məbləğ 5 milyard dollar kimi göstərilib.
Trampın vəkilləri britaniyalı tərəfi "qəsdən və məqsədli şəkildə nüfuzdan salmaqda", eləcə də "saxta məlumat yaymaqda" ittiham ediblər.
Bundan əvvəl isə ABŞ-nin birinci xanımı Melania Trampın həyatından bəhs edən sənədli filmin 30 yanvar 2026-cı ildə təqdim olunacağı bildirilmişdi. "Amazon" tərəfindən 40 milyon dollara alınan bu film Trampın ikinci inauqurasiyasından əvvəlki 20 günü əhatə edir və hadisələri onun həyat yoldaşının baxış bucağından təqdim edir.
Oxşar xəbərlər
İran ABŞ-nin Bağdaddakı səfirliyinə gecə boyu zərbələr endirib
İran ordusu İraqın paytaxtı Bağdad şəhərində yerləşən ABŞ səfirliyinə gecə boyu hücum edib. BAKU.WS xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetini...