Tramp ABŞ dəyərlərini dəyişmək istəyir?
ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasının ABŞ dəyərlərinin guya zərərli və repressiv olduğu fikrini yaydığını bildirərək, bu yanaşmadan imtina edilməsini tələb edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan Trampın fərmanında qeyd edilir.
"Son on ildə amerikalılar, tariximizi yenidən yazmaq və obyektiv faktları ideologiyaya əsaslanan saxta rəvayətlə əvəz etmək cəhdlərinin şahidi olublar", – deyə sənəddə bildirilir.
Fərmanda vurğulanır ki, ABŞ-nin azadlığı təşviq etmə irsi təhrif olunur və irqçilik, seksizm və repressiya ilə assosiasiya edilir. Trampın sözlərinə görə, bu "zərərli ideologiyanı" məhz əvvəlki administrasiya yayırdı.
O, həmçinin Vaşinqtondakı tarixi muzeyləri idarə edən Smitson İnstitutunun fəaliyyətində dəyişikliklər aparılmasını tələb edib. Tramp hesab edir ki, institut rasizmə əsaslanan ideologiyanın təsiri altına düşüb və ABŞ və Qərb dəyərlərinin guya zərərli olduğu fikrinin yayılmasına şərait yaradıb.
Oxşar xəbərlər
Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir
Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17...