Tramp: 10 gün ərzində razılıq əldə olunmasa, sanksiyalar gələcək
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun 10 günlük vaxt verdiyini bəyan edib. Əks halda, ABŞ administrasiyası idxal tarifləri və digər iqtisadi tədbirlər tətbiq edəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu açıqlamanı Aberdindən Vaşinqtona uçuş zamanı prezident təyyarəsində jurnalistlərlə söhbətində səsləndirib.
"Əgər 10 gün ərzində razılıq əldə olunmasa, biz yeni tariflər və digər tədbirlər tətbiq edəcəyik. Bu, Rusiyaya təsir edər ya etməz – dəqiq deyə bilmərəm. Amma təsir etmə ehtimalı var",– deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Kreml tərəfi müharibəni davam etdirməyə meyllidir və sülh üçün konstruktiv addımlar atılmır.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...