Şərti sərhəddə Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni SAXLANILDI
Ermənistanda Azərbaycan əsgərlərinə tapança tuşlayan vətəndaş saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.
Qeyd olunur ki, bir neçə həftə əvvəl Gorus şəhər polis şöbəsinə Teh icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə "Nissan" markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə siqnal daxil olub. Polis əməkdaşları əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri saxlayaraq şöbəyə aparıblar.
Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, şərti sərhəddə olarkən ədavət və qorxutmaq məqsədi ilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...