SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.
Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.
"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymadan təhlükəli və qanunsuz marşrutla hərəkətə davam edən, qaydanı pozan üç neft tankeri hədəf alınaraq dayandırılıb", - bəyanatda vurğulanıb.
Həmçinin o da qeyd olunub ki, ABŞ ordusunun bölgədəki gəmilərə qanunsuz müdaxilələri, əmr və qadağaları cavabsız qalmayacaq.
Oxşar xəbərlər
Qayınanadan BÖYÜK JEST: Gəlininin boynuna cip açarı asdı
Türkiyədə toylardan birində maraqlı hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, gəlinə qızıl taxma mərasimi maraqlı anlarla yadda qalıb. Belə ki, qayınana gəlinin...