Səhhətindən yazan aktyor: "Bunun üçün məsuliyyət daşımıram"
"Yazdıqlarım üçün məsuliyyət daşımıram. Çünki həkimim mənə antidepressantlar verməyə başladı. Bu, mənim bədənimdən necə olursa olsun çıxacaqdı. Bu səbəbdən əməliyyatla öd kisəmi götürdülər. Həkimim Erkan Kaya hər gün zəng edirdi. Bütün işləri arasında mənim fərdi müalicəmlə məşğul olurdu. Bunu heç vaxt unutmayacağam".
BAKU.WS xəbər verir ki, bu sözləri bir müddət əvvəl səhhəti pisləşən məşhur aktyor Müjdat Gezen deyib. Aktyor hələ də səhhətinin yaxşı olmadığını qeyd edib:
"Dediyim kimi, əgər bu yeni dərmanlar bədənimdə qəribə hallara səbəb olarsa, bu mənim günahım deyil. Vəziyyətim də çox parlaq deyil. Sağlamlığınıza diqqət yetirin. Siz mənim əzizlərimsiniz. Hamınıza sağlamlıq arzulayıram. Sağlamlıq yaxşı olarsa, hər şey asanlaşar".
Xatırladaq ki, ötən il aktyorun tamaşa zamanı halı pisləşib. O xəstəxanaya yerləşdirilərək öd kisəsindən əməliyayt olunub.
Oxşar xəbərlər
Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 28-də Floridada amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Kanadanın Baş naziri Mark Karni ilə...