Rusiyalı məşhur bloqerin evində yanğın baş verib
Məşhur rusiyalı bloqer Ksenia Dukalis (əsl soyadı - Dukelskaya) evində yanğın baş verdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı təfərrüatları o, öz Telegram kanalında paylaşıb.
Dukalisin sözlərinə görə, yanğın onun azyaşlı övladı ilə birlikdə evdə olduğu vaxt baş verib. Bloqer bildirib ki, yanğının səbəbi qapı zəngi olub. O, alovun qısa müddətdə söndürüldüyünü qeyd edib.
"Bütün ev yanıq iyi ilə dolub. Hər ehtimala qarşı evə yanğınsöndürən balon sifariş etdim, hamıya da bunu məsləhət görürəm", – deyə bloqer yazıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Dukalisin ilk dəfə ana olduğu açıqlanmışdı. O, hamilə olduğunu avqust ayında elan etmiş və hormonal pozğunluqlar səbəbilə hamilə qalmaqda çətinlik yaşadığını demişdi.
Dukalis 2022-ci ildə sahibkar David Nazaryanla evlənib. Cütlüyün toy mərasimi Ermənistanda keçirilib.
Oxşar xəbərlər
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Nepal hökuməti məlumat yayıb. *** 10:10 Nepalda daşqın nəticəsind...