Rusiyada OMON basqını zamanı Özbəkistan vətəndaşları döyülüb, bir nəfər ölüb

Rusiyada OMON basqını zamanı Özbəkistan vətəndaşları döyülüb, bir nəfər ölüb
Dünya 48

Rusiyanın Xabarovsk şəhərində xüsusi təyinatlı polis dəstəsinin (OMON) keçirdiyi əməliyyat zamanı Özbəkistan vətəndaşlarının döyüldüyü bildirilir. Hadisə nəticəsində iki nəfərin ağır vəziyyətə düşdüyü, onlardan birinin isə sonradan həyatını itirdiyi açıqlanıb.

BAKU.WS-in Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, insident ötən ilin dekabrın 12-də yerli kafelərdən birinə təşkil olunan basqın zamanı baş verib.

Özbəkistan XİN-in məlumatında qeyd olunub ki, vətəndaşın ölümü ilə bağlı proses ölkənin Vladivostok şəhərindəki Baş Konsulluğu və Miqrasiya Agentliyi tərəfindən nəzarətdə saxlanılır. Hazırda mərhumun nəşinin Özbəkistana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Hadisədən sonra Özbəkistanın Baş Konsulluğu tərəfindən Xabarovsk Diyar Prokurorluğuna, İstintaq Komitəsinə və Rusiya Xarici İşlər Nazirliyinin region üzrə idarəsinə rəsmi müraciətlər ünvanlanıb. Notlarda insidentin hərtərəfli, obyektiv və hüquqi çərçivədə araşdırılması tələb olunub.

Bildirilib ki, hazırda ölən şəxsin ölüm səbəbi ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur. Səlahiyyətli qurumlardan dəqiq məlumat əldə edildikdən sonra ictimaiyyətə əlavə açıqlama veriləcək.

Son xəbərlər