Roma Papası Fransiskin harada dəfn ediləcəyi məlum olub
Roma Papası Fransisk Roma şəhərindəki Müqəddəs Santa Mariya Madjore Bazilikasında dəfn olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov bildirib.
"Dəfn mərasimi Romada, Müqəddəs Santa Mariya Madjore Bazilikasında baş tutacaq. O, Vatikanda dəfn olunmaq istəməyib" – deyə Sevastyanov əlavə edib.
Qeyd edək ki, dəfn mərasimi yaxın bir həftə ərzində keçiriləcək. Hazırda bu barədə rəsmi elan verilməyib, çünki hüquqi məsələlər həll olunur.
Xatırladaq ki, Papa Fransisk 21 aprel tarixində vəfat edib. Yeni papa seçkisi 15-20 gün ərzində baş tutacaq.
Oxşar xəbərlər
Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüş keçirib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Görüş qapa...