Putin Kadırovun istefası ilə bağlı şayiələrə cavab verib: "Ölümüm haqda xəbərlər xeyli şişirdilib"

Putin Kadırovun istefası ilə bağlı şayiələrə cavab verib: Ölümüm haqda xəbərlər xeyli şişirdilib
Dünya 188

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı dövlət başçısı onun mümkün istefası ilə bağlı yayılan şayiələrə toxunub.

BAKU.WS xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında yazıb.

"Vladimir Vladimiroviç internetdəki son fikirləri şərh edərkən yenidən Mark Tvenin məşhur sözlərini sitat gətirdi: "Ölümüm haqda xəbərlər xeyli şişirdilib"", – deyə Kadırov qeyd edib.

Çeçen lider prezidentin "hələ çox iş görməlidirlər" sözlərinə diqqət çəkərək, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə davam edəcəyini bildirib.

Bir gün əvvəl Ramzan Kadırov vəzifəsindən azad olunması ilə bağlı müraciət etdiyini açıqlamışdı. Jurnalistlərlə söhbətində o, yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı yayılan şayiələri şərh etmişdi.

Daha sonra Kadırov vurğulayıb ki, onun vəzifəsi ilə bağlı yekun qərarı yalnız Rusiya prezidenti Vladimir Putin verir.

Oxşar xəbərlər

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng və uzun boylu uşaq doğulub.  BAKU.WS xəbər verir ki, Bursada doğulan Ali Atilla 6 kiloqram 150 qramdır. Onun byun ölçüsü isə 59 santimetrdir...

171 Dünya 14:57 24 oktyabr 2025

Son xəbərlər