PlayStation-un qiyməti bahalaşacaq - SƏBƏB
Yaponiyanın texnologiya nəhəngi "Sony", ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək gömrük rüsumlarına cavab olaraq "PlayStation" konsollarının qiymətlərini artırmağı planlaşdırır.
Bu barədə "The Verge" portalı məlumat yayıb.
Şirkətin maliyyə hesabatında qeyd olunub ki, bu gömrük rüsumları korporasiyanın maliyyə göstəricilərinə təsir edəcək. Bu təsiri azaltmaq üçün "Sony" xərclərin bir hissəsini istehlakçıların üzərinə qoymaq, yəni məhsulun qiymətini artırmaq niyyətindədir.
Aprel ayının ortalarında artıq bəzi "PlayStation" konsolları Avropa, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada bahalaşıb.
Sony-nin maliyyə direktoru Lin Tao bildirib ki, şirkət "PlayStation" istehsalını ABŞ-yə köçürmək ehtimalını nəzərdən keçirir. Korporasiyanın baş direktoru Hiroki Totoki isə vurğulayıb ki, ABŞ-də konsolların yerli istehsalı mümkündür və bu məsələ gələcəkdə ciddi şəkildə qiymətləndiriləcək.
Hazırda isə Sony-nin konsolları əsasən Çində istehsal olunur.
Sony-nin açıqlamasına görə, son maliyyə ili ərzində bazara 18,5 milyon "PlayStation" konsolu göndərilib. Bu rəqəm ötən illə müqayisədə azalıb (2024-cü ildə bu göstərici 20,8 milyon idi). Beləliklə, ümumi PS5 tədarükü 77,7 milyona yaxınlaşıb.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...