Pentaqon Qətərin Kral ailəsindən Trampa təyyarənin verilməsini təsdiqləyib
21
may
2025
23:36
Pentaqon Qətərdən təxminən 400 milyon dollar məbləğində "Boeing 747-8" təyyarəsinin ABŞ Prezidenti Donald Trampa verilməsini rəsmi olaraq təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
"Müdafiə naziri bütün federal qaydalara və normalara uyğun olaraq Qətərdən "Boeing 747-8"i qəbul etdi", - o vurğulayıb.
"Nazirlik müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi və təyyarənin funksionallığı tələblərinə cavab verilməsi üzərində işə başlayacaq", - Şon Parnell vurğulayıb.
Oxşar xəbərlər
Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya ilə müharibənin ölkəyə gündə təxminən 450 milyon dollara başa gəldiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, S...