Pentaqon İranla müharibədə həlak olan 4 ABŞ hərbçisinin adını açıqladı
İranla davam edən hərbi qarşıdurma fonunda ABŞ ordusu itkilər verməyə başlayıb. Pentaqon Küveytə yönəlmiş hücum nəticəsində həlak olduğu bildirilən dörd amerikalı hərbçinin kimliyini açıqlayıb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki? həyatını itirənlər Florida ştatından 35 yaşlı kapitan Kodi A. Xork, Nebraska ştatından 42 yaşlı baş çavuş Noa L. Titjens, Minnesota ştatından 39 yaşlı baş çavuş Nikol M. Amor və Ayova ştatından 20 yaşlı çavuş Deklan C. Koudidir.
Yaxın Şərqdə gərginlik İran, ABŞ və İsrail arasında qarşılıqlı hücumlarla daha da artıb. İran rəhbərliyi Qətərdə yerləşən "Əl-Udeyd" hava bazasının hədəf alındığını və burada 200-dən çox amerikalı hərbçinin öldüyünü iddia edib. Həmçinin Bəhreyndəki ABŞ hərbi obyektlərinə və Omandakı Sultan Qabus limanında yerləşən Amerika ticarət kompleksinə zərbələr endirildiyi bildirilib.
ABŞ rəsmiləri bu iddialarla bağlı geniş açıqlama verməyib. Ağ Ev administrasiyasının həlak olan hərbçilərin görüntülərini yayımlamamaq siyasətini davam etdirdiyi qeyd olunur. Bu məhdudiyyət 2003-cü ildə başlayan İraq müharibəsindən sonra tətbiq edilmişdi.
Hərbçilərin adlarının və fotolarının sosial şəbəkələrdə yayılmasından sonra bir sıra amerikalı istifadəçilər ABŞ Prezidenti Donald Trumpın sərt siyasətini tənqid edib. Paylaşımlarda "Bu əsgərlər Amerika üçün deyil, İsrail üçün öldü" kimi fikirlər yer alıb.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır. ABŞ və İran arasında qarşılıqlı ittihamlar davam edir.
Oxşar xəbərlər
Təbriz və Urmiyaya zərbələr endirilib
İranın şimal-qərbində yerləşən Təbriz və Urmiya şəhərlərində yaşayış məntəqələri hava zərbələrinə məruz qalıb. BAKU.WS xəbər verir ki, hücumlar İsrail aviasiyas...