Milyarderin qızı varlı insanla evliliyin çətinliklərindən danışdı
Sinqapurdan olan milyarderin qızı Xloya Lim varlı kişi ilə evliliyin özəllikləri barədə fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, bu mövzuda video onun TikTok hesabında yayımlanıb.
Gənc qız varlı şəxslə ailə qurmağı arzulayan izləyicilərin suallarını cavablandırıb. O bildirib ki, anası da məhz belə seçim edib. Lakin geniş yayılmış stereotiplərdən fərqli olaraq, onun anası həyat yoldaşından daha savadlı və zəkalı olub. Bundan əlavə, bloqerin anası gənclik illərində sevdiyi şəxsdən ayrılıb və başqa biri ilə evlənməyə hazırlaşıb. Lakin həmin kişi onu geri qaytararaq onunla ailə qurmağa nail olub.
Xloya Lim həmçinin məsləhət verib ki, qadınlar varlı, amma xəsis olmayan həyat yoldaşı seçsinlər. Onun sözlərinə görə, imkanlı kişi ilə evlənən qadının istədiyi anda onu tərk etmək üçün maddi və fiziki imkanı da olmalıdır.
Oxşar xəbərlər
İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı b...