Milyarder Ceff Bezosun İtaliyada keçiriləcək toyu ölkəni bir-birinə qatdı

Milyarder Ceff Bezosla teleaparıcı Loren Sançeslə İtaliyada keçiriləcək toyu ölkəni bir-birinə qatıb.
BAKU.WS xəbər verir ki, toya görə bir çox yerlər bağlanıb və xeyli su taksisi kirayə götürülüb.
Bu da yerli əhalidə narazılıq yaradıb. Onlar pankartlar açaraq Bezos etiraz ediblər. Etirazçılar pankartlara "Toyunuz üçün Vensiyanı kirayələyə bilirsinizsə onda daha artıq vergi də ödəyə bilərsiniz" deyə şüarlar da yazıblar.

"TMZ"nin yaydığı məlumata əsasən 61 yaşlı Ceff Bezosla 55 yaşlı Loren Sançes bu həftəsonu üçün Venesiyada otel kirayələyiblər.
Onlar qalmaq üçün "Aman Venice" otelinin seçiblər. Bu otel 16-cı əsrdə inşa edilib və burada qiymətlər 10 000 dollardan başlayır. Sözügedən oteli Cefflə sevgilisi 25-29 iyun tarixlərində rezerv edib.
Toya bir sıra məşhurlar dəvət olunacaq. Onlar arasında aktyorlar Leonardo DiKaprio, Eva Longoria, Orlando Blum, müğənni Keti Perri, ABŞ prezidenti Donald Tramp, qızı İvanka Tramp və onun həyat yoldaşı da var.
Ceff Bezos Loren Sançesə 2,5 milyon dollarlıq üzüklə evlilik təklifi edib. Toy iynun 27-də baş tutacaq.

Oxşar xəbərlər
İranda SEPAH-ın qərargahına zərbə: İki qardaş general öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha iki yüksəkrütbəli zabiti İsrailin hava zərbələri nəticəsində həlak olub. Bu barədə "Azad İran" "Telegram...
