Məşhur serial Ankaradakı terror aktını 3 il öncədən xəbər verib

Məşhur serial Ankaradakı terror aktını 3 il öncədən xəbər verib
Video
Dünya 254

Son illərin ən populyar türk seriallarından biri olan "Teşkilat"ın üç il öncə yayımlanan bir bölümündə, Ankarada baş verəcək dəhşətli terror aktı, sanki xəbərdarlıq edircəsinə təsvir olunub.

BAKU.WS-in məlumatına görə, oktyabrın 23-də Ankarada TUSAŞ-ın istehsal obyektində partlayış baş verib və 5 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.

Maraqlıdır ki, "Teşkilat" serialında üç il öncə yayımlanan kadrlarda, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) fəaliyyəti ilə bağlı hadisələr canlandırılarkən, Ankarada PUA istehsal edən bir şirkətə qarşı terror aktı həyata keçirilir. Nəticədə türk mühəndislər həlak olur.

Serialda türk kəşfiyyatçılar bu hücumun arxasında xarici xüsusi xidmət orqanlarının dayandığını müəyyən edirlər.

Türkiyədə PUA texnologiyalarının inkişafı son illərdə sürətlənib və Ankara bu sahədə lider ölkələrdən birinə çevrilib. Türk PUA-ları bir sıra regional münaqişələrdə, o cümlədən Qarabağda Azərbaycanın uğurlu hərbi əməliyyatlarında mühüm rol oynayıb. Ekspertlər hesab edir ki, Türkiyənin bu sahədəki nailiyyətləri bəzi xarici dairələri narahat edir və onlar bu inkişafı əngəlləmək üçün terror kimi çirkin üsullara əl atırlar.

Hələlik Ankara terror aktının arxasında kimlər dayanması ilə bağlı rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər

Son xəbərlər