Məşhur müğənninin kirayə qaldığı ev sahibi danışdı: "Təcili kömək etmək lazımdır"

1980-ci illərin məşhur müğənnisi Harika Avcı acınacaqlı halda yaşamağa davam edir.
BAKU.WS xəbər verir ki, 65 yaşlı ifaçı maddi çətinliklər səbəbilə artıq kirayə haqqını da ödəyə bilmir.
Onun ev sahibi Cebrail Şık adi vətəndaşlara müraciət edərək ona sahib çıxmağa çağırıb:
"5 ildir ki, onun yaxın ətrafından və sənətkar dostlarından heç kim onunla əlaqə saxlamaq, ona kömək etmək istəmir. Heç kim zəng vurub dəstək vermir. Lakin vəfat etsə onun mahnılarının müəllif hüquqlarını almaq üçün gələnlər olacaq. Bəzi insanlar mənə sənətçinin müəllif hüquqlarını almağa təklif etdilər. Mən insanlıq borcumu yerinə yetirirəm. Ömrü boyu mənim evimdə qala bilər. Bir çox dostlarının edə bilmədiklərini mən ona edirəm. Ciddi sağlamlıq problemləri var. Dövlətimiz və vətəndaşlarımız ona təcili yardım etməlidir. Hətta məni də bəzən tanıyır, bəzən tanımır. Qonşuları ilə də heç bir əlaqəsi yoxdur. Özünə qapalı bir xanımdır. Heç kimlə görüşmür. Onun səhhəti yaxşı deyil".
Xatırladaq ki, Harika Avcının əsl adı Nermin Ocakdır. Ona səhnə adı müğənni və aktrisa Gönül Yazar tərəfindən verilib.
"Qısa müddətə vəfat xəbərim eşidiləcək. Qaraciyərim sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Əvvəllər də mənə qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Amma bir ricam var – itim mən öldükdən sonra da yaşamağa davam edəcəksə, ona sahib çıxın" - deyə Harika son açıqlamasında qeyd edib.
Oxşar xəbərlər
Milçəklərin qeyri-adi qabiliyyəti alimləri təəccübləndirdi
Marşall və Qərbi Virciniya universitetlərinin alimləri müəyyən ediblər ki, adi uçan milçəklər kiçik çəkilərinə baxmayaraq, ayaqlarındakı xüsusi orqanlar vasitəs...
