Məşhur klubun oyunçusu LGBT-ni dəstəkləmədiyi üçün diskalifikasiya edildi

"Lion" futbol klubunun yarımmüdafiəçisi Nemanya Matiç və "Havr" klubunun hücumçusu Koka, Liqa 1-in 34-cü turunda homofobiyaya qarşı keçirilən aksiyada iştirakdan imtina etdiklərinə görə cəzalandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Belə ki, 34-cü tur zamanı komandalar liqanın göy qurşağı loqosu və üstündən xətt çəkilmiş "homofobiya" sözü olan formalarla meydana çıxıblar. Bəzi futbolçular isə oyuna əvəzetmədən daxil olarkən bu simvolu yapışqanla örtüblər.
Hadisə intizam komitəsi tərəfindən araşdırıldıqdan sonra, hər iki oyunçuya dörd oyunluq diskvalifikasiya verilib, bunun iki oyunu şərtidir. Bundan əlavə, futbolçular qarşıdakı altı ay ərzində homofobiya haqqında məlumatlılığı artırmaq məqsədi ilə tədbirlərdə iştirak etməlidirlər.
Oxşar xəbərlər
54 yaşlı aktyor istirahət zamanı dənizdə boğuldu
Amerikalı aktyor Malkolm-Camal Uorner vəfat edib. BAKU.WS xəbər verir ki, 54 yaşlı aktyor stirahətdə olarkən boğulub. Camal ailəsi ilə birlikdə Kosta Rikaya i...