Məşhur amerikalı yazıçı dünyasını dəyişdi
Amerikalı yazıçı Deniel Vudrell 73 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Onun ölüm səbəbinin mədəaltı vəzinin xərçəngi olduğu bildirilib.
Deniel Vudrell xüsusilə "Qışın Sümüyü" ("Winter"s Bone") romanı ilə məşhurdur. Əsərdə yeniyetmə bir qız atasının itkin düşməsindən sonra onu axtarmağa başlayır; ata ailənin evini və torpağını girov qoyub. Roman" New York Times" tərəfindən "detektiv janrında 100 ən yaxşı kitab" siyahısına daxil edilib.
2010-cu ildə əsərin eyniadlı ekranlaşdırılması çəkilib və baş rolda Cennifer Lourens yer alıb. Film "Oskar" mükafatına dörd nominasiya qazanıb, o cümlədən "ilin ən yaxşı filmi" kateqoriyasında.
Oxşar xəbərlər
Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. BAKU.WS...