Konsert zamanı yıxılan sənətçi qızının gözləri qarşısında ÖLDÜ

Vladiqafqazda Şimali Osetiyanın əməkdar artisti və respublikanın "Alan" dövlət ansamblının orkestrinin direktoru Elza Datiyeva tamaşa zalında olan qızının gözləri qarşısında "Qafqaz xalqlarının rəqsləri" konserti zamanı dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə axşamı, fevralın 12-də konsertdə olan mədəniyyət naziri Soslan Fidarov məlumat verib.
Çeçenistan Respublikasının "Noxço" Dövlət Xalq Mahnı və Rəqs Ansamblının ilk çıxışından sonra "Alana"nın artistləri "Simd" tamaşası ilə "Elektron" Gənclər Sarayının səhnəsinə çıxıblar. Bu zaman Datıyeva xəstələnib və huşunu itirib. Ansamblın bədii rəhbəri Zelimxan Kozayev fasilə elan edərək pərdəni bağlayıb. Tezliklə hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, həkimlər sənətçini xilas edə bilməyiblər. Konsert ləğv edilib.
İlkin məlumatlara görə, Elza Datıyeva uzun müddətdir ürək-damar xəstəlikləri və onkologiya ilə mübarizə aparırmış.
Qalereya
Oxşar xəbərlər
NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
NATO müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə soyuq müharibə dövründən bəri alyansın hərbi imkanlarının ən əhəmiyyətli artırılması planlarını təsdiqləyibl...
