Kahramanmaraşda "Heydər Əliyev" ibtidai məktəbi istifadəyə verildi

Kahramanmaraşda Heydər Əliyev ibtidai məktəbi istifadəyə verildi
Video
Dünya 57

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum 6 fevral zəlzələlərindən sonra Kahramanmaraşda inşa edilən "Heydər Əliyev" ibtidai məktəbinin son görüntülərini ictimaiyyətlə bölüşüb.

BAKU.WS xəbər verir ki, nazir bildirib ki, "fəlakətlərə davamlı, uşaqlarımız üçün təhlükəsiz məktəb tikdik".

6 fevral zəlzələlərinin ardından Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Kahramanmaraşda "Heydər Əliyev" ibtidai məktəbi inşa olunub. Sosial media hesabında məktəbin görüntülərini paylaşan Murat Kurum qeyd edib: "Əsrin fəlakətindən sonra fəlakətlərə davamlı, uşaqlarımız üçün təhlükəsiz məktəb tikdik. İndi bu məktəbin dəhlizlərində övladlarımızın sevinci, həyəcanı və coşqusu əks-səda verir".

Zəlzələnin episentri olan Kahramanmaraşda ciddi ziyan görən Sezai Karakoç ibtidai məktəbinin yerinə, Türkiyə Massiv Mənzil İdarəsi (TOKİ) və Azərbaycanın birgə təşəbbüsü ilə "Heydər Əliyev" ibtidai məktəbi inşa olunub. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 məktəbəqədər sinif, həmçinin fizika, texnologiya və musiqi emalatxanaları, kitabxana, idman zalı, tibb otağı və oyun meydançaları fəaliyyət göstərir.

Son xəbərlər