Kadırovdan ŞOK MÜRACİƏT - Məni vəzifəmdən azad edin

Ramzan Kadırov Çeçenistan rəhbəri vəzifəsindən azad olunmasını istədiyini deyib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Çeçnya Segodnya" informasiya agentliyinə açıqlama verib.
Kadırov bu fikirləri onun istefaya gedəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən səsləndirib. O, həmçinin jurnalistlərlə söhbətində özünün mümkün varisi haqqında da fikirlərini bölüşüb.
"Özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Başqasının öz təşəbbüsləri, öz baxışları olacaq. Ümid edirəm ki, bu istəyim dəstəklənəcək", - deyə Kadırov əlavə edib.
Lakin Çeçenistan rəhbəri bu xahişini konkret olaraq kimə ünvanladığını açıqlamayıb.
Bundan əvvəl Kadırov sağlamlıq durumu ilə bağlı yayılan şayiələri də şərh etmişdi. Onun sözlərinə görə, internetdə ona qarşı daim müxtəlif xəstəliklər uydururlar.
Oxşar xəbərlər
Tramp: Azərbaycan və Ermənistan arasında gərginlik də daxil olmaqla 7 münaqişəyə son qoydum
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, ikinci prezidentlik dönəminin ilk yeddi ayında bir sıra uzunmüddətli münaqişələrin qarşısını alıb. BAKU.WS xəbər verir...
