İraqda yüzlərlə zəvvar xlordan zəhərlənib
İraqda 621 zəvvar xlor sızması səbəbindən boğulma ilə üzləşib.
BAKU.WS xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Kərbəlada baş verib. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərin hamısına tibbi yardım göstərilib və onlar xəstəxanalardan buraxılıblar.
Hadisəyə səbəb kimi Kərbəla-Nəcəf avtomobil yolundakı su stansiyasından xlor sızması göstərilib.
Jurnalistlər qeyd edirlər ki, İraq infrastrukturu onilliklər boyu davam edən müharibə və korrupsiya səbəbindən acınacaqlı vəziyyətdədir, eyni zamanda, ölkədə onların etibarlılığını qiymətləndirmək üçün təhlükəsizlik standartları tətbiq edilmir.
2025-ci ildə dünyanın hər yerindən bir neçə milyon zəvvarın Kərbəlaya səfər edəcəyi gözlənilir.
Oxşar xəbərlər
"Odisseya" Nolanın ən çox gəlir gətirən filmi oldu
Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edərək rejissorun karyerasında ən yüksək nəticə göstərən ekran işi olub. BAKU...