İraq Kürdüstanı PKK-çıların silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir

İraq Kürdüstanı PKK-çıların silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir
Dünya 99

İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib.

O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib: "PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib".

B. Barzani, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır.

Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarını təslim olmağa çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisind...

29 Dünya 23:47 16 oktyabr 2026

Son xəbərlər